Rumıniya Super Liqasında qeyri-adi hal yaşanıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mənbənin məlumatına görə, hazırda Buxarest "Dinamo"sunda çıxış edən "Barselona"nın yetirməsi Edqar Ye əvəzinə oyunlara əkiz qardaşını göndərib. Rumıniya klubu müdafiəçisinin saxtakarlığından yalnız üç ay sonra, "Edqar Ye" beş matça çıxdıqdan sonra xəbər tutub.
İndi "Dinamo"nu bu oyunlarda texniki məğlubiyyətlər gözləyir. Bu da klubun Rumıniya çempionatından aşağı liqaya düşməsi demək olacaq. Saxtakarlığın baş verdiyi oyunlarda "Dinamo" 1 qələbə qazanıb, 3 heç-heçə edib, 1 məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, Edqar Ye "Lill", "Nant", "Feyenoord", "Trabzonspor", "Başakşehir" klublarındakı oyunları ilə tanınır. O, bu ilin fevralında "Başakşehir"dən "Dinamo"ya keçib.
Mirağa