Braziliyanın 4-cü divizionunda maraqlı hal yaşanıb.
Fanat.Az "Correiro Braziliense"yə istinadən xəbər verir ki, "Brasiliense" komandasının baş məşqçisi Paulo Roberto Santos "Real"la oyunun fasiləsində istefa verib.
Mənbənin məlumatına görə, mütəxəssis klub prezidentinin tənqidindən narazı qalıb. Əvvəlki iki görüşdə olduğu kimi, birinci hissədəki çıxışını bəyənməyən və paltardəyişmə otağına gələn klub rəhbərinin iradları məşqçinin xoşuna gəlməyib. "Brasiliense"ni ikinci hissəyə həkim Xorxe Oliva çıxarıb. İlk yarısı qolsuz heç-heçə bitən qarşılaşma "Brasiliense"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Braziliya klubu üç turdan sonra 6 xal toplayaraq çempionatın turnir cədvəlinə başçılıq edir.