İngiltərə millisinin baş məşqçisi Qaret Sautgeyt "Mançester Yunayted"in çalışdırıcısı Erik ten Haqın yerini tutacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, "ITV News" kanalına müsahibəsində belə danışıb:
"Mərc oyunlarının azarkeşi deyiləm. Yəni bukmekerlər proqnozlar verə, əmsal müəyyənləşdirə bilərlər, amma mənimlə heç kim danışmayıb. Hazırda bütün diqqətimi Avropa çempionatını daha yaxşı keçirməyə yönəltmişəm. Qalan şeylərin mənim üçün heç bir önəmi yoxdur. Bundan danışmağa başlasam, artıq diqqətimi yayındırmış sayılacam. Ölkə mənim İngiltərə yığmasına köklənməli olduğumu düşünür və belə də olmalıdır".
Xatırladaq ki, 53 yaşlı mütəxəssis 2016-cı ildən İngiltərə millisini çalışdırır.
Nihat