İngiltərə Premyer Liqasının 37-ci turunda evdə "Arsenal"a 0:1 hesabı ilə uduzan "Mançester Yunayted" antirekordunu təkrarlayıb.
Fanat.Az xarici KİV-ə istinadən xəbər verir ki, Mançester təmsilçisi cari mövsümdə bütün yarışlarda ev oyunlarında 9-cu məğlubiyyətini alıb.
"Qırmızı şeytanlar" daha öncə 1920/1921, 1930/1931, 1933/1934, 1962/1963 və 1973/1974 mövsümlərində də eyni aqibətlə üzləşib.
Qeyd edək ki, hazırda 54 xalı olan MY İPL-in turnir cədvəlində 8-ci pillədə mövqe tutub.