Müqavilə ilə PSJ-yə məxsus olan, hazırda icarə əsasında "Leyptsiq"in formasının geyinən Xavi Simons iş yerini dəyişmək istəyir.
Fanat.Az xəbər verir ki, məlumatı "Mundo Deportivo" yayıb.
Mənbə 21 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu "Barselona"ya qayıtmağı arzuladığını vurğulayıb. Xəbərə görə, Simonsun Paris klubu ilə müqaviləsində xüsusi bənd var və bu bəndə əsasən o, növbəti mövsüm Fransa nəhəngində oynamayacağı halda, gələcəyi ilə bağlı özü qərar verə bilər. Gənc futbolçunun yaxın günlərdə planlarını PSJ rəhbərliyinə açıqlayacağı da diqqətə çatdırılıb.
Qeyd edək ki, cari mövsüm Simons Almaniya komandasının forması ilə bütün turnirlərdə 42 matça çıxıb. Bu qarşılaşmalarda 9 qol vuran orta xətt oyunçusu 15 məhsuldar ötürmə ilə də yadda qalıb. "Transfermarkt" portalı Xavinin transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir.
Nihat