"Benfika"nın ulduz oyunçusu Anxel Di Maria karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Fanatik" yayıb.
Mənbənin məlumatına görə, argentinalı futbolçu "Beşiktaş"ın maraq dairəsindədir. Müqaviləsinin müddəti yayda bitəcək Di Maria karyerası ilə bağlı yekun qərarını verməyib. İstanbul klubunun israrla istədiyi transfer prezident Hasan Aratın nəzarəti altındadır.
Cari mövsüm "Benfika"nın heyətində 47 rəsmi oyuna çıxan Anxel Di Maria bu matçlarda 16 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Ustaclı