"Bayer Münhen"in cari mövsümün sonunda komandanın baş məşqçi postuna gətirmək istədiyi Hans-Diter Flikin Almaniya nəhənginin rəhbərliyinə qoyduğu şərtlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Abendzeitung" yayıb.
Mənbə tərəflərin mayın 10-da vəziyyəti müzakirə etdiklərini bildirib. Xəbərə görə, sözügedən mütəxəssis 1 illik müqavilə istəmədiyini və baş məşqçi postunu tutacağı halda, Toni Tapaloviçlə Miroslav Klozeni özünə köməkçi götürəcəyini deyib.
Xatırladaq ki, ötən ilin sentyabrında Almaniya millisindən qovulan Flik hazırda işsizdir. "Bayern"in indiki baş məşqçisi Tomas Tuxelin cari mövsümün sonunda postundan gedəcəyi yanvardan bəllidir.
Nihat