Türkiyə Kubokunun finalının harada keçiriləcəyi bəllidir.
Fanat.Az-ın "NTV Spor"a istinadən məlumatına görə, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlayıb.
Qurum başqanı final qarşılaşmasının İstanbuldakı Atatürk Olimpiya Stadionunda reallaşacağını bildirib.
Qeyd edək ki, həlledici matçda "Beşiktaş" və "Trabzonspor" komandaları qarşılaşacaqlar. Görüş mayın 23-də baş tutacaq.