Dövlət tərəfindən Azərbaycan Premyer Liqasının klublarına ayrılan maliyyə vəsaiti artırıla bilər.
Fanat.Az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov deyib.
O bildirib ki, İcraiyyə Komitəsinin növbəti iclaslarında bu barədə müzakirələr aparılacaq: “Bu məsələ müzakirəyə açıqdır. Qarşıdakı görüşlərdə bu barədə danışılacaq. Maliyyə yardımının məbləği məsələsinə yenidən baxılacaq. Bütün illik xərclər hesablanandan sonra İcraiyyə Komitəsi bu mövzuya yenidən qayıdacaq”.