Başa çatmaqda olan Fransa Liqa 1-də ənənəvi "Marc-Vivien Foe" mükafatının sahibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu bartədə çempionatın mətbuat xidməti məlumat yayıb.
Bu mükafat Fransa çempionatında Afrika ölkəsinin vətəndaşı olan ən yaxşı oyunçuya verilir. bu mövsüm "Olimpik Marsel"in ulduz hücumçusu Pyer-Emerik Obameyanq sözügedən mükafata layiq görülüb.
Qabonlu 34 yaşlı forvard bu mövsüm 32 çempionat matçında 16 qol vurub, həmçinin 8 dəfə məhsuldar ötürmə edib. Bütün rəsmi turnirlərdə isə o, 29 qol vurub. Obameyanqın Marsel klubu ilə müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna kimidir.