11:49 14.05.2024 2784

"Bizim komanda Birinci Liqada oynamağa layiq komandadır" - Vüqar Nadirov 

Region Liqasının yarımfinal mərhələsi çərçivəsində "Haypers" Saatlının "Ümid" kollektivi ilə qarşılaşıb. Görüş Bakı təmsilçisinin 2:0 qələbəsi ilə yekunlaşıb. "Haypers"in baş məşqçisi Vüqar Nadirovla əlaqə saxlayıb suallarımızı cavablandırmasını istədik.

Nadirovun Fanat.Az-a müsahibəsi belə alındı:

- "Ümid" ilə oyundan öncə nə gözləntiniz nə idi? 
- "Ümid" komandası hörmət etdiyimiz rəqib idi. Onların bu mərhələyə gəlməsi hansı gücdə olmasından xəbər verir. Gücündən asılı olmayaraq hər bir rəqibə hörmətlə yanaşırıq. Əsas öz komandamızı fikirləşirdik. Bu oyuna ciddi hazırlaşmışdıq. Matça bir gün qalmış start heyəti müəyyən etdik. Bunun nəticəsi idi ki, qalib gəldik.

- Matçın necə keçdiyini düşünürsüz?
- Komandama ilk on beş dəqiqədə pressinqlə oynamağı tapşırmışdım. Çünki rəqib bizim oyuna necə hazırlaşdığımızı bilməli idi. Şükürlər olsun ki, futbolçularımız dediyimiz tapşırıqları yerinə yetirdilər.

- Finalda "Şimal" ilə qarşılaşacaqsınız. Təssüratlarınız necədir?
- "Şimal" klubu ilə üç dəfə qarşılaşmışıq. Bir dəfə yoldaşlıq görüşündə, iki dəfə isə əsas çempionatda üz-üzə gəlmişik. Necə rəqib olduğunu bilirik. Çalışacağıq ki, rəqibi yaxşı analiz edək. Hərçənd onların oyununu tapa bilmirik. Deyəsən "Göyəzən" kollektivinə qarşı keçirdikləri oyundan görüntülər yoxdur. Çalışacağıq ki, finala uyğun oyun göstərək. Meydandan yaxşı nəticə ilə ayrılmağı düşünürük.

- Finalda qalib olacağınız təqdirdə, İkinci Liqaya vəsiqə qazanacaqsınız. Peşəkarlaşma yolunda hansı addımları atmağı düşünürsünüz?
- Çox planlarımız var. Bütün planları qeyd etmişik. Bazasından tutmuş bütün digər sistemlərinə qədər nəzərə almışıq. Region Liqasında çıxış etməyimizə baxmayaraq, biz hər şeyə peşəkar yanaşmışıq. Bizim komanda hazırda Birinci Liqaya layiq komandadır. Hələ heç nə etməmişik. İşlərimiz qarşıdadır.

Nahid Ustaclı
 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:40

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X