"Bayern Münhen" yay pəncərəsində "transfer bombası" həyata keçirməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb.
Mənbənin məlumatına görə, Münhen klubu “Mançester Yunayted”in ulduz yarımmüdafiəçisi Brunu Fernandeşi almaq variantını nəzərdən keçirir.
Almaniya nəhəngi, "Mançester Yunayted"in kapitanı olsa da, klubdakı durumundan narazı qalan portuqaliyalını yola gətirə biləcəyinə inanır.
"Transfermarkt" 29 yaşlı Brununun dəyərini 70 milyon avro qiymətləndirir.