Kriştianu Ronaldunun gələcək planları açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Ben Ceykobs yayıb.
Xəbərə görə, portuqaliyalı superulduz formasını geyindiyi "Əl-Nəsr"lə müqavilə yeniləmək niyyətindədir. Mənbə indiki anlaşmasının müddəti 2025-ci ilin yayında başa çatacaq 39 yaşlı Ronaldunun 2026-cı ildə də Səudiyyə Ərəbistanı təmsilçisində qalmağı uyğun saydığını vurğulayıb.
Cari mövsüm "Əl-Nəsr" forması ilə bütün turnirlərdə 41 matça çıxan Ronaldu 42 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat