Ötən gecə "Mançester Siti" 34-cü turun təxirə salınmış matçında "Tottenhem"i 2:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, "şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bröyne bu oyunda 1 məhsuldar ötürmə edib.
"Opta Joe"-nin məlumatına görə, bu, belçikalının Premyer Liqada 112-ci qol ötürməsi olub. O, "Arsenal"ın və "Çelsi"nin keçmiş oyunçusu Sesk Fabreqası (111) geridə qoyub. Kevin bunu 258 oyunda reallaşdırdığı halda, Sesk Premyer Liqada daha çox - 350 matç keçirib.
Premyer Liqada ən çox məhsuldar ötürmə rekordçusu isə “Mançester Yunayted”in əfsanəsi Rayan Giqqzdir – 632 oyunda 162 məhsuldar ötürmə.