İngiltərə Premyer Liqasının 34-cü turunun təxirə salınmış matçında "Mançester Siti" "Tottenhem"i 2:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, oyunun gedişində zədəli Edersonu əvəzləyən "şəhərlilər"in ehtiyat qapıçısı Stefan Orteqa 86-cı dəqiqədə komandasını inanılmaz qoldan xilas edib.
O, Son Hın Minlə "1-ə 1" qaldığı epizodda super seyv edərək qola imkan verməyib. Həmin an “Siti”nin baş məşqçisi Pep Qvardiolanın panika içindəki davranışı, yerə yıxılması diqqət çəkib.
Əfsanəvi məşqçinin reaksiyasını təqdim edirik: