İngiltərə Premyer Liqasının (İPL) 34-cü turunda "Tottenhem"i məğlub edərək (2:0) çempionluq yolunda inamlı addım atan "Mançester Siti" tarixi rekord müəyyənləşdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu qələbə sayəsində "Arsenal"ı geridə qoyaraq zirvəyə yüksələn "şəhərlilər" arıcıl 4-cü dəfə İPL-in qalibi olacaqları halda, ilkə imza atacaqlar.
İngiltərə çempionatının 135 illik tarixində heç bir klub ardıcıl 4 dəfə çempionluq sevinci yaşamayıb.
Qeyd edək ki, 37 turdan sonra 88 xalı olan MS "Arsenal"ı 2 xal qabaqlayır. Son turda "Mançester Siti" "Vest Hem"i, "topçular" "Everton"u qəbul edəcək.
Nihat