"Çelsi"nin hücumameyilli yarımmüdafiəçisi Mixail Mudrik zədə səbəbindən mövsümün qalan hissəsini kənardan izləyəcəyini təsdiqləyib.
Fanat.Az xəbər verir ki, ukraynalı futbolçu sosial şəbəkə hesablarında belə yazıb:
"Təəssüf ki, mövsüm mənim üçün sona çatıb. Dəstəkləyənlərin hamısına minnətdaram, özümü yaxşı hiss edirəm. Növbəti mövsümdə görüşərik, "göylər"! Bu, oyunun bir hissəsidir".
Daha öncə Britaniya mətbuatı Mudrikin kəllə-beyin travması aldığını bildirmişdi.
Hazırda 60 xalı olan "Çelsi" İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı pillədə mövqe tutub.
Nihat