"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın təcrübəli futbolçusu Toni Kroosun bu il "Qızıl top" mükafatı uğrunda mübarizə apara biləcəyini deyib.
Fanat.Az xəbər verir ki, İspaniya nəhənginin rəsmi saytı italiyalı mütəxəssisin sözlərini belə çatdırıb:
"Kroosla müqavilə yenilənəcəkmi? Nə klubun bu barədə narahatlığı var, nə də Toninin. İndi hədəfimiz iyunun 1-də keçiriləcək final matçına (Çempionlar Liqasının finalını nəzərdə tutur - red.) mümkün qədər yaxşı hazırlaşmaqdır. Yalnız bundan sonra müqavilələrdən danışmaq olar. Hazırda yeganə məqsədimiz çempionlar Liqasının qalibi olmaqdır.
Kroos "Qızıl top"u qazana bilərmi? Hər şey mümkündür. Yayda vacib turnirlər olacaq. Kroosun Almaniya millisi ilə Avropa birinciliyində, "Real"la ÇL-də qələbə sevinci yaşamaq şansı var. Niyə də yox? O, "Qızıl top" uğrunda mübarizə aparmalıdır".
Qeyd edək ki, cari mövsüm "Real" forması ilə bütün turnirlərdə 46 oyuna çıxan Kroos 1 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat