Türkiyə Super Liqasına vəsiqə uğrunda pley-off matçları keçirilib.
Fanat.Az xəbər verir ki, qardaş ölkənin 1-ci liqasında çıxış edən iki azərbaycanlı futbolçu da bu prinsipial oyunların iştirakçısı olub.
Şeydayevin komandası “Kocaelispor” səfərdə “Çorum”a 1:2 hesabı ilə məğlub olaraq Super Liqaya yüksəlmək şansını itirib. Qarşılaşmaya start heyətində başlayan Şeydayev 90 dəqiqə meydanda olub.
Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” da pley-offda “Bodrumspor”a 0:2 hesabıyla uduzaraq bu imkandan yararlana bilməyib. Səfərdəki qarşılaşmaya start heyətində başlayan İsgəndərli 71-ci dəqiqədə əvəzlənib.