"Liverpul"un mərkəz müdafiəçisi Joel Matip cari mövsümün sonunda İngiltərə nəhəngini tərk edəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "qırmızılar"ın rəsmi saytı yayıb.
8 il öncə "Şalke"dən transfer olunan Matip bu müddət ərzində "Liverpul" forması ilə 201 oyuna çıxaraq 11 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. O, mersisaydlılarla Çempionlar Liqasının, Avropa Superkubokunun, İngiltərə Kubokunun, İngiltərə Superkubokunun və İPL-in qalibi olub. Bundan başqa, Joel İngiltərə Liqa Kubokunu da 2 dəfə başı üzərinə qaldırıb.
Nihat