Daha bir yığma komanda AÇ-2024 üçün heyətini açıqlayıb.
Fanat.Az xəbər verir ki, Fransa millisi qarşıdakı turnir üçün iştirak ərizəsini təqdim edib.
Bu barədə yığmanın mətbuat xidməti rəsmi saytda 2024-cü il Avropa çempionatında iştirak edəcək futbolçuların adlarını açıqlayıb.
Qapıçılar: Alfons Areola (Vest Hem Yunayted), Mik Menyan (Milan), Bris Samba (Lans).
Müdafiəçilər: Jül Kunde (Barselona), Jonatan Kloss (Marsel), Benjamen Pavar (İnter), İbrahima Konate (Liverpul), Vilyam Saliba (Arsenal), Deotşankul Yupamekano (Bavariya), Teo Ernandes (Milan), Ferland Mendi (Real Madrid) .
Yarımmüdafiəçilər: Yusuf Fofana (Monako), Adrien Rabyu (Yuventus), Uorren Zair-Emeri (PSJ), Orelyen Tçuameni (Real Madrid), Antuan Qrizmann (Atletiko Madrid), Nqolo Kante (Əl-İttihad), Eduardo Kamavinqa (Real) Madrid).
Hücumçular: Bredli Barkola (PSJ), Usman Dembele (PSJ), Kinqsli Koman (Bavariya), Olivye Jiru (Los Anceles), Randal Kolo Muani (PSJ), Kilian Mbappe (PSJ), Markus Türam (İnter).
Avropa çempionatı Almaniyada keçiriləcək. Turnir iyunun 14-dən iyulun 14-dək keçiriləcək.
Fransa yığması qrup mərhələsində Polşa, Avstriya və Niderland komandaları ilə qarşılaşacaq.