Türkiyə Super Liqasında 37-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin komandası "Adana Demirspor" da növbəti matçına çıxıb.
"Antalyaspor"un qonağı olan adanalılar 1:2 hesabı ilə məĝlub olublar.
Start "11-lik"də yer alan Şahruddin 90+2-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hazırda 44 xalı olan "Adana Demirspor" Super Liqanın turnir cədvəlində 11-ci pillədə mövqe tutub.