"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer İngiltərə Premyer Liqasının 2023/2024 mövsümünün ən yaxşı gənc oyunçusu seçilib.
Fanat.Az xəbər verir ki, 22 yaşlı oyunçu 33 matçda 22 qol vurub və 10 məhsuldar ötürmə edib.
"Çelsi" Palmeri ötən yay 47 milyon avro qarşılığında "Mançester Siti"dən alıb.
Qeyd edək ki, Premyer Liqada mövsümün ən yaxşı gənc oyunçusu mükafatına Filip Foden, Erlinq Holand (hər ikisi "Mançester Siti"), Aleksander İsak ("Nyukasl"), Kobbi Maynu ("Mançester Yunayted"), Bukayo Saka, Vilyam Saliba (hər ikisi "Arsenal") və Destini Udodci də ("Tottenhem") namizəd idi.