Fransanın "Lill" klubunun baş məşqçisi Paulu Fonseka yeni mövsümdən "Milan"ı çalışdıracaq.
Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər 2 illik müqavilə bağlayacaqlar.
51 yaşlı portuqaliyalı 2022-ci ildən "Lill"ə rəhbərlik edir. Sona bir tur qalmış 58 xalı olan "doqlar" Liqa 1-in turnir cədvəlində üçüncü pillədə qərarlaşıblar.
Xatırladaq ki, "Milan" cari mövsümün sonunda indiki çalışdırıcısı Stefano Pioli ilə vidalaşmağa qərar verib.