İspaniya La Liqasında cari mövsümünün ən yaxşı gənc futbolçusu (23 yaşa qədər) adına namizədlərin siyahısı açıqlanıb.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, bu mükafata 10 futbolçu iddia edir.
Maraqlıdır ki, “Real”ın aparıcı futbolçularından olan 20 yaşlı Cud Bellingemin adı siyahıya salınmayıb.
1. Lamin Yamal (“Barselona”)
2. Xavi Qerra (“Valensiya”)
3. Rodriqo (“Real”)
4. İan Koutu (“Jirona”)
5. Savio ("Jirona")
6. Conni Kardozo (“Betis”)
7. Pau Kubarsi (“Barselona”)
8. Migel Qutyerres (“Jirona”)
9. Takefusa Kubo (“Real Sosyedad”)
10. Niko Uilyams (“Atletik”)