İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünün ən yaxşı oyunçusu seçilən Fil Foden fərdi uğuru barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Mançester Siti"nin cinah hücumçusunun sözlərini klubun rəsmi saytı belə çatdırıb:
"Bu mükafatı aldığım üçün çox qürur duyuram. İngiltərə Premyer Liqası dünyanın ən yaxı çempionatı hesab edilir və mən bu liqanın digər möhtəşəm oyunçuları ilə ən yaxşı oyunçu adı uğrunda rəqabət aparmaqdan məmnun oldum.
Bu mövsüm sərgilədiyim oyundan razıyam. Şadam ki, vurduğum qollar və verdiyim məhsuldar ötürmələrlə komandama kömək edə bilmişəm. "Siti"nin məşqçilər korpusuna, komanda yoldaşlarıma minnətdaram. Onlar olmasaydı, bu mükafatı qazana bilməzdim. Sesvermədə iştirak edənlərə də təşəkkürlərimi çatdırıram. Bu mükafat mənim üçün çox şey deməkdir".
Foden bu mükafat uğrunda Erlinq Holand ("Mançester Siti"), Aleksander İsak ("Nyukasl Yunayted"), Martin Edeqor ("Arsenal"), Koul Palmer ("Çelsi"), Deklan Rays ("Arsenal"), Vircil van Deyk ("Liverpul") və Oli Utkinslə ("Aston Villa") mübarizə aparıb.
Qeyd edək ki, 23 yaşlı Fil cari mövsüm İPL-də 34 matça çıxaraq 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat