"Antalyaspor"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, elita təmsilçisini yeni mövsümdən Aleks de Souza çalışdıracaq.
Bunu sözügedən klubun sədr müavini Alkav Evren deyib.
O, komandanın indiki baş məşqçisi Sergen Yalçının cari mövsümün sonunda postunu tərk edəcəyini xatırladıb və Aleks de Souza ilə 2 illik müqavilə imzaladıqlarını bildirib.
"Bir vaxtlar "Fənərbağça"nın formasını geyinən Aleks de Souza danışıqlarımız uğurlu alındı. Onunla 2 illik müqavilə imzaladıq. Aleks de Souzaya Mehmet Aurelio və daha iki braziliyalı mütəxəssis kömək edəcək. Qapıçılar üzrə məşqçi isə Mehmet Arslan olacaq. Aleks de Souza üçün Antalyada imza mərasimi təşkil edəcəyik".
"Antalyaspor" hazırda Super Lliqanın turnir cədvəlində 48 xalla 10-cu pillədə mövqe tutub.
Aleks de Souzanın son komandası Braziliya "Avai"si olub.