“Kəpəz”in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 35-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, komandasının Tovuzda 0:1 hesabı ilə məğlub olduqları matç barədə bunları deyib:
"Uduzmağımıza baxmayaraq, uşaqlara təşəkkür etdim, çünki axıra qədər döyüşdülər. Ümumiyyətlə, komandada yaxşı atmosfer var, bu məni çox sevindirir. Bu mənada bu gün biz qazandıq, meydandakı gənc uşaqlar qazandılar.
"Zirə"nin baş məşqçisi və köməkçiləriylə acıqlı görüşdüm? Əksinə, səmimi təbrik etdim. Əllərini sıxarkən ərkyana bərk görüşdüm. Ola bilər, kənardan başqa cür görünüb.
Hakimdən razı qaldım. Rəvan Həmzəzadə Azərbaycanın ən yaxşı hakimlərindəndir. O, bəziləri kimi hər xırda fola fit çalmır, oynamağa imkan verir".