"Tottenhem"in sağ cinah müdafiəçisi Emerson Royal karyerasını Avropa nəhəngində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Bild" yayıb.
Xəbərə görə, onun xidmətində "Bayern Münhen" maraqlıdır. Mənbə Hotspur təmsilçisinin Royalı 29 milyon avroya satmağa hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, 25 yaşlı braziliyalı "Tottenhem"ə 2021-ci ildə, 25 milyon avro qarşılığında "Betis"dən transfer olunub. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm İngiltərə komandasının forması ilə bütün turnirlərdə 23 oyuna çıxan "sambaçı" 1 qol vurub.
Nihat