22:19 18.05.2024 493

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

"Sumqayıt" Misli Premyer Liqasının 35-ci turunda səfərdə "Sabah"a 0:2 hesabı ilə məğlub olub.

"Kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Qəbələ" ilə oyuna hazırlaşacağıq. Əlimizdən gələni etməyə çalışacağıq.

- Yenə "Sabah", yenə Murad Xaçayev səhv etdi. Sizcə, bu, təsadüfdür?

Neynəyək Xaçayevə? Əlbəttə təsadüfdür. Digərləri də səhv edir. Bir nəfərin üstünə düşmək düzgün olmaz. İnsanlardı da, robot deyillər ki. Canı sağ olsun.

- Oyunçu keyfiyyəti baxımından "Sabah"dan geri qaldığınızı düşünürsünüz?

- Hər oyunçuya verilən pul göz qabağındadır. Bizdə inkişaf etməyə çalışan futbolçular var. Amma rəqibin oyunçuları bu cür ajiotajı görüblər. Əlbəttə fərq olacaq. Bu gün keyfiyyətdə uduzduq. İkinci hissədə rəqibi üstələdik. Onlar əks-hücumda oynamağa başladılar. İlk yarıda biz bunu etməli idik. Əfsuslar olsun ki, hücumçularımız bunun öhdəsindən gələ bilmədilər. Hər şey normaldır. Futbolçularımı göstərdikləri əzmə görə təbrik edirəm.

- Yanvarda transferlərin olmaması bu gün özünü göstərir?

- Transferlə bağlı rəhbərlikdən soruşun. Mən artıq yoruldum. İndi transferdən danışmağı məqsədəuyğun saymıram. Komandanın avrokuboklar zonasında olması mənim üçün, şəhərim üçün xoşdur. Heç nə itməyib. İtsə də, imkan vermərəm ki, kimsə futbolçularıma nəsə desin. Oyunun qırılma nöqtəsi Rövlanın zədələnməsi idi. Təlaşda olmalı deyilik.

- Abu Dossonun oyununu qiymətləndirərdiz...

- Sıfır.

- Ardıcıl 4-cü dəfədir səfərdə "Sabah"ı məğlub edə bilmirsiz. Bu, təsadüfdür?

- Bu gün bilirdim ki, nə qədər ajiotaj var. Bu, bizi Avropada da gözləyir. "Sabah"dan dala qalmadıq. Onların futbolçularına təəccüblənirəm. Bar-bar bağıran siz idiz ki, rəqiblər vaxt aparır. Bu gün sizi yerdən yığışdırmaq olmurdu. Bilirəm deyəcəksiz ki, əcəb edirdilər. Olsun.

- Hakimlik barədə düşüncələriniz necədir?

- Bizi uşaq yerinə qoymayın. Hakim nə etsin? O da nəyəsə uymalıdır. Üç oyunun ikisinə xaricdən VAR hakimi gəldi, birinə yerli hakim verdilər ki, Tovuz uzaqdır. Bizi niyə Tovuza göndərirsiz bəs? "Sumqayıt"ı "dartırlar" və s. Bunun axırı var idi də. Biz bilirdik. Amma bu gün hakimə görə uduzmadıq. Hakim məsələsini atın kənara, hər şey bəllidir.

Mənbə: sportal.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

01 İyul 2025
11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

10:20

Klublararası dünya çempionatında son 1/4 finalçılar müəyyənləşir

10:01

"Beş-altı qol vura bilərdik" - Bernardu Silva "Əl-Hilal"a məğlubiyyətin səbəblərini dedi

09:42

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:23

David Ançelotti atasının "Real"da gənclərə güvənməməsindən danışdı - "Onlara böyük pullar yatırılıb"

09:00

"Mançester Siti" "Əl-Hilal"la bacarmadı

01:05

Klublararası dünya çempionatı: "İnter"i İtaliyaya erkən göndərdilər

30 İyun 2025
23:50

Azərbaycanın 3 güləşçisi finala yüksəldi

23:15

Arda Turan "Fənərbağça"nın 2 futbolçusunu "Şaxtyor"a aparır - SON DURUM

22:41

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

22:02

Premyer Liqa klubu 5 futbolçu ilə yollarını ayırdı - ADLAR

21:40

Rəşad Sadıqov "Qarabağ"la oyundan nə danışdı?

21:14

"Futbolçuların hazırlıq səviyyəsi tam qaydasında deyil" - Qurban Qurbanov

20:55

"Milan" millinin üzvü ilə vidalaşdı

20:07

"Qarabağ" "Zirə"yə böyük hesabla qalib gəldi

19:49

Azərbaycan idmançısı Xorvatiyada medal qazandı

19:20

"Portu"nu italiyalı məşqçi çalışdıracaq

18:51

"Qocalıram, 23 yaşımın olduğuna inana bilmirəm" - Qvardiol

18:15

"Sabah"ın rəqibi yeni transfer reallaşdırdı

17:45

"Buna görə də ikinci yarıda daha cəsarətliydik" - Jordi Alba

17:28

Azərbaycan millisinin hücumçusu Polşa klubundan ayrıldı

17:09

Poqba "Monako"nu seçməsinin səbəbini belə izah etdi

16:51

UEFA iki klubu avrokuboklardan kənarlaşdırdı

16:33

Aspilikueta "Atletiko Madrid"i tərk etdi - RƏSMİ

16:15

"İnter"in daha bir ulduzu sıradan çıxdı - AÇIQLAMA

15:41

"İndi bütün diqqətimiz PSJ ilə oyuna yönəlib"

15:22

Maskerano PSJ-yə darmadağını şərh etdi - "Fərq nəzərə çarpırdı"

15:03

Azərbaycan millisinin Türkiyə toplanışı başa çatdı

14:45

"Sabah" legioneri ilə vidalaşdı

14:26

Azərbaycanlı hakim dünya çempionatına təyinat aldı

14:07

Amerikalı qadın Fransa klubunun prezidenti oldu

13:48

Dünya Kuboku: Azərbaycan gimnastlarından iki medal

13:29

İspaniya millisinin üzvü İtaliya yolunda - Danışıqlar başladı

13:10

"Neftçi" yeni sponsorluq müqaviləsi bağladı

12:52

"Bu, fəlakət olacaq, tükənəcəyik, klublararası dünya çempionatı bizi məhv edəcək" - Qvardiola

11:58

Gəncə komandası braziliyalı baş məşqçi ilə anlaşdı

11:40

"Kəpəz" daha 3 futbolçusu ilə vidalaşdı

11:22

"Onunla bağlı heç bir şübhəm yox idi" - Luis Enrike

Facebookdan bizi izləməyi unutmayın.
X