Türkiyə Super Liqasında 37-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” da növbətiTürkiyə Superliqasında 37-ci turun oyununa çıxıb.
Hatay təmsilçisi səfərdə “Beşiktaş”la üz-üzə gəlib. Oyun 2:2 hesablı bərabərliklə bitib. İstanbul nəhəngi məğlubiyyətdən 90+7-ci dəqiqədə vurduğu penalti sayəsində xilas olub.
Renat meydana 72-ci dəqiqədə buraxılıb.
Qeyd edək ki, sona 1 tur qalmış 38 xalı olan "Hatayspor" Super Liqanın turnir cədvəlində 17-ci pillədə mövqe tutub.