Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında ikinci oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, seçməmiz Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Ukraynanı sınağa çəkəcək.
Qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, komandamız ilk oyunda Rumıniyaya məğlub olub - 0:3.