Bakıda Cüdo Federasiyasının Təlim-məşq Mərkəzində şəhid İlham Kazımovun xatirəsinə həsr edilən futbol turniri keçirilib.
Fanat.Az xəbər verir ki, turnirdə 12 yaşlılardan ibarət komandalar qatılıb.
14 may tarixində start götürən turnirdə "Zirvə", "Fənər Bakı", "Qarabağ", "Young Pro", "Liman" və "Ulduz" iştirak edib.
Üç gün davam edən turnir gənclərin vətənpərvərlik ruhunda mübarizə aparmasına xidmət edib.
Bağlanış mərasimində Vətən müharibəsi qaziləri də iştirak edib. Onlar gənclərə ürək sözlərini çatdırıblar. Turnirin bağlanış mərasimində bütün iştirakçı komandaların üzvlərinə kubok, medal və diplom təqdim edilib.