Misli Premyer Liqasının 35-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "Araz-Naxçıvan" oyunundan öncə meydan sahiblərinin futbolçusu Asif Məmmədov mükafatlandırılıb.
Fanat.Az xəbər verir ki, ötən tur "Sabah"a qarşı matçda (2:0) bölgə təmsilçisinin forması ilə 250-ci oyununu keçirən yarımmüdafiəçiyə xüsusi forma hədiyyə olunub. Arxasında "250" yazılmış futbolkanı Asifə "Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlı təqdim edib.
Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan görüşdə hesab 0:0-dır.