Futbol üzrə Cənubi Koreya çempionatında 13-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” da növbəti matçına çıxıb.
Krivotsyukun komandası öz meydanında “İnçeon”a 0:1 hesabıyla uduzub.
Start "11-lik"də yer alan Anton sonadək mübarizə aparıb.
Hazırda 11 xalı olan “Daejeon” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.