Almaniya Bundesliqasının 34-cü turuda öz meydanında "Auqsburq"a qalib gələn "Bayer Leverkuzen" mövsümü məğlubiyyətsiz başa vurub.
Fanat.Az xəbər verir ki, Xabi Alonsonun komandası yerli çempionatda 28 dəfə qalib gəlib, 6 dəfə bərabərə qalıb.
"Bayer" tarixdə Bundesliqada bütün mövsüm ərzində məğlub olmayan ilk klub olub. Bundan başqa, Leverkuzen təmsilçisi 21-ci əsrdə Avropanın TOP-5 liqa komandaları arasında ölkə çempionatında bütün mövsüm ərzində bir dəfə belə uduzmayan 3-cü komandadır. Əvvəllər buna "Arsenal" (2003/2004 mövsümü) və "Yuventus" (2011/2012 mövsümü) nail olub.
Xatırladaq ki, “Bayer” tarixində ilk dəfə Almaniya çempionu olub. Komandanın ümumilikdə 51 oyunluq məğlubiyyətsizlk seriyası var.