"Barselona”nın futbolçusu Rafinya La Liqanın 33-cü turu çərçvəsində keçirilən matçda - “Valensiya” ilə oyunda (4:2) əvəzlənməsinə sərt reaksiya göstərib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, braziliyalı futbolçu meydanı tərk edəndə komandanın baş məşqçisi Xavinin qardaşı Oskarla mübahisə edib, onun ünvanına təhqiramiz ifadələr işlədib.
Qeyri-adekvat davranışına gorə Rafinyanın mövsümün son matçında oynamayacağı bildirilib.