İngiltərə Premyer Liqasının sonuncu - XXXVIII turu çərçivəsində bu gün keçirilən matçda "Vest-Hem"i 3:1 hesabı ilə məğlub edən "Mançester Siti" ardıcıl 4-cü dəfə çempion olub.
Fanat.Az xəbər verir ki, xalllarının sayını 91-ə çatdıraraq qızıl medallara sahib çıxan "şəhərlilər" tarixi ilkə imza atıblar.
Belə ki, İngiltərə futbolu tarixində indiyədək heç bir klub ardıcıl 4 çempionluq sevinci yaşamayıb.
Bu, "Siti"nin ümumilikdə 8-ci, Xosep Qvardiolanın rəhbərliyi altında 6-cı çempionluğudur.
Qeyd edək ki, "Arsenal" (89 xal) ikinci, "Liverpul" (82 xal) üçüncü yeri tutub.
Nihat