09:35 20.05.2024 954

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

Misli Premyer Liqasının XXXV turu avrokuboklara vəsiqə verən yerlər baxımından xeyli əhəmiyyətli idi. Bunu nəzərə alan PFL də üç qarşılaşmanın eyni saatda start götürməsini lazım bilmişdi. Həmin qarşılaşmalardan ikisində də əcnəbi VAR hakimləri iş başında idi.

“Qarabağ” – “Turan Tovuz” 4:3 
Qollar:
Juninyo,19. Leandro Andrade, 69; 90. Mateus Silva, 75  - Emmanuel Hakman, 48; 86. Paçu, 53.
“Qarabağ”: 89. Amin Ramazanov, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao
Ehtiyat oyunçular: 99. Andrey Lunyov, 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica, 15. Leandro Andrade
Baş məşqçisi: Qurban Qurbanov.
“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 77. Fərid Nəbiyev, 8. Fərid Yusifli, 33. Eltun Turabov, 97. Sadiq Şəfiyev, 7. Luis Paçu, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov.

Çempionluğu çoxdan təmin etmiş “Qarabağ” üçün “Turan Tovuz”la qarşılaşmanın turnir cədvəli baxımından heç bir əhəmiyyəti yox idi. Bununla belə Qurban Qurbanovun komandası oyuna ciddi yanaşdı və gərgin keçən qarşılaşmada qələbə qazanmağı bacardı. Maraqlıdır ki, “Turan Tovuz” oyunun gedişatında iki dəfə bərabərliyi yaxalamağı, bir dəfə isə önə keçməyi bacardı. Bununla belə “köhlən atlar”ı büdrətmək mümkün olmadı. Juninyo görüşdə ilk qolun müəllifi olmaqla çempionatın ən məhsuldar hücumçusu olmaq yolunda əməhiyyətli addım atdı. Leandro Andradenin iki vacib qol vurduğu görüşdə “Qarabağ”ın daha bir qoluna Silva imza atdı. Qonaqların qollarını isə Paçu ilə Hakman vurdu. Sonuncu futbolçu “dubl” müəllifi oldu.
Lider “Qarabağ” bu qələbə sayəsində 82-ci xalını qazandı. “Turan Tovuz” isə 45 xalla 6-cı sırada yer alıb.

“Sabah” – “Sumqayıt” 2:0 
Qollar:
Murad Xaçayev, 34-öz qapısına. Anatoli Nuriyev, 90+1.
“Sabah”: 1. Yusif İmanov, 10. Namik Ələskərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin,9. Anatoli Nuriyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 40. Rauf Rüstəmli, 88. Xəyal Əliyev, 53. Fəxri Məmmədli, 15. Kristian da Silva, 90. Oluvaseun Timilehin
Baş məşqçi: Krunoslav Renduliç.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 32. Murad Ağamalıyev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi
Baş məşqçi: Samir Abasov.

“Sumqayıt” “Sabah”la oyunda 0:2 hesablı məğlubiyyətə üzüldü. Bu məğlubiyyətdən sonra “gənclik şəhəri”nin təmsilçisi 5-ci sıraya yuvarlandı. Qarşılaşmada ilk qolu Xaçayev öz qapısına vurdu. Həmin epizodda Xaçayevlə qapıçı Mehdi Cənnətovun anlaşa bilməməsi “Sumqayıt”ın məğlub duruma düşməsiylə nəticələndi. Anatoli Nuriyev isə əsas vaxta əlavə olunmuş birinci dəqiqədə “Sabah”ın qələbəsini rəsmiləşdirən qola imza atdı.
Xalını 55-ə yüksəldən “Sabah” artıq 4-cü pilləni tutur. Ona məğlub olan və 5-ci pilləyə qədər geriləyən “Sumqayıt”ın isə 54 xalı var.

“Səbail” – “Neftçi” 0:3 
Qollar:
Brayan Moreno, 69. Ataa Caber, 77. Qara Qarayev, 82.
“Səbail”: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev (k), 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silvayin Deslandes, 21. Anas Najah, 7. Madi Queta.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 9. Aleksandr Ramalinqom, 44. Yadin Luqasi, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.
“Neftçi”: 1. İvan Brkiç, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov (k), 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Mark Tamaş, 23. Ataa Caber, 99. Ervin Koffi, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev, 26. Ömər Buludov, 91. Ağadadaş Salyanskiy, 82. Rüfət Abbasov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdez, 20. Alfa Konte
Baş məşqçi: Miodraq Bojoviç.

“Neftçi” mövsümün ən vacib qələbələrindən birinə imza atdı. Özü də “ASCO Arena”da keçirilən görüşün ilk hissəsi “Neftçi”nin asan qələbə qazana bilməyəcəyindən xəbər verirdi. Bu mənada görüşün qonaqların 3:0 hesablı qələbəsiylə yekunlaşmazı gözlənilməz oldu. Morenonun 69-cu dəqiqədə vurduğu qol gözəl qol “dənizçilər”in müqavimətini qırdı. Caberlə Qara Qarayev isə növbəylə “Neftçi”nin üstünlüyünü artırdılar. Meydan sahiblərinin 90 dəqiqə ərzində motivasiyasız olduqları da aşkar görünürdü.
“Qarabağ”ın ən yaxın izləyicisinə çevrilən “Neftçi”nin aktivində artıq 56 xal var. 42 xallı “Səbail” ilə 7-ci pilləni tutur.

“Kəpəz” – “Zirə” 0:1 
Qol:
Salifu Suma, 49.
“Kəpəz”: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 33. Camal Cəfərov, 26. Adama Niane, 91. Latir Fal, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k)
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 29. Amil Yunanov, 10. Tural Rzayev, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 22. Rüfət Əhmədov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 13. Fərid Kələntərov
Baş məşqçi: Adil Şükürov
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Məmməd Hüseynov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 24. Sezar Meza Kolli, 9. Vladislav Kulaç, 15. Pyer Zebli, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov

Tovuzda keçirilən görüşdə “Zirə” qələbəyə sevindi. Bu qələbə sayəsində qəsəbə təmsilçisi çempionatı medalla başa vurmaq şanslarını davam etdirdi. “Zirə”yə qələbə gətirən qola Sumqa 49-cu dəqiqədə imza atdı. Gəncəli azarkeşlər qolun vurulmasından əvvəl əllə oyunun olduğunu iddia etsələr də, baş hakim Rəvan Həmzəzadə onların düşündükləri kimi davranmadı. Elitadakı yerini təmin edən “Kəpəz” bu məğlubiyyətdən sonra turnir hədəfləri baxımından heç bir şey itirmədi. 8-ci pillədəki yerini qoruyan “Kəpəz”in aktivində 35 xal var. 55 xallı “Zirə” isə üçüncü sırada yer alıb.

"Qəbələ" – "Araz Naxçıvan" 2:0 
Qol:
Osama Xalayla, 50. Əyyub Allaş, 87.
"Qəbələ": 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 97. Emil Süleymanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 20. Bilel Auaşeriya, 17. Yaovi Akakpo.
Baş məşqçi: Kaxaber Tsxadadze.
"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev (k), 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 11. Ramin Nəsirli, 29. Vanderson Melo, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 8. İsmail Azzaui.
Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike.
Baş məşqçi: Elmar Baxşıyev.

Kaxaber Tsxadadzenin komandası ardıcıl üçüncü qələbəsin qazandı. Gürcü çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfransında təəssüfünü gizlədə bilmədi. Məsələ ondadır ki, bu qələbələr “Qəbələ”nin sonuncu pilləni tərk etməsi, elitadakı yerini qoruması baxımından heç bir əhəmiyyət kəsb etmir. “Araz Naxçıvan”ın futbolçuları isə 90 dəqiqəni yola verməklə məşğul oldular. Onlar nə qolların önünü kəsməyə, nə də onlara cavab verməyə xüsusi canfəşanlıq göstərmədilər. “Qəbələ” Xalayla Allaşın qolları sayəsində 2:0 hesablı qələbəyə sevindi. 
Maraqlıdır ki, bu iki komanda turnir cədvəlində də qonşudurlar. “Qəbələ” 26 xalla 10-cu, “Araz Naxçıvan” isə 35 xalla 9-cu sıranın sahibidir.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X