"Brayton"un baş məşqçisi Roberto De Dzerbi hansı klublardan təklif aldığı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, BBC onun sözlərini belə çatdırıb:
"Mənə heç bir klub təklif göndərməyib. Hazırda heç bir təklif almamışam. Ümid edirəm ki, yenidən İngiltərə Premyer Liqasında işləyəcəm. Bilmirəm, hansı klubla, amma mənim üçün İPL-də çalışmaq şərəf idi".
Xatırladaq ki, mayın 18-də De Dzerbinin 2022-ci ildən baş məşqçi postunu tutduğu "Brayton"dan ayrılacağı açıqlanıb. 37 oyuna 48 xal toplayan "qağayılar" İPL-in 10-cu pilləsində qərarlaşıblar. "Brayton" Avropa Liqasının 1/4 finalına qədər irəliləyib və bu mərhələdə "Roma"ya uduzub.
Nihat