Region Liqasında 3-cü yer uğrunda oyunda Saatlının "Ümid" kollektivi Qazaxın "Göyəzən" komandası ilə qarşılaşıb. Görüş Saatlı təmsilçisinin 7:2 hesablı parlaq qələbəsi ilə yekunlaşıb.
Matçın ardından "pambıqçılar"ın təsisçisi Anar Cəbrayılov Fanat.Az-a müsahibə verib.
- "Göyəzən" ilə oyundan öncə gözləntiniz nə idi?
- Gözləntimiz müsbət idi. Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Üçüncülük uğrunda mübarizə aparmaq əhəmiyyətli idi.
- Matçın necə keçdiyini düşünürsüz?
- Komanda olaraq yaxşı mübarizə apardıq. Gənclər sona qədər döyüşdülər. "Göyəzən" komandası da əzmkarlıq nümayiş etdirirdi. Daha çox fürsətlərdən biz istifadə edib qələbə qazandıq.
- Komanda hazırkı durumu ilə İkinci Liqada çıxış etməyə qadirdir?
- İkinci Liqada iştirak etməyə gücümüz var. Bizdə baza var. Niyə də iştirak etməyək? Region Liqasında qrup lideri olmuşuq. Nəticələrimiz göz qabağındadır.
Nahid Ustaclı