Bu gün Azərbaycan klubları avrokuboklarda mübarizəyə başlayıb. Fanat.az xəbər verir ki, ilk olaraq "Qəbələ" meydana çıxıb.
Premyer Liqanın bürünc mükafatçısı Bosniya və Hersoqovinanın "Şiroki Briyeq" klubunu qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən matç qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qolu "Qəbələ"nin qapısından Vaqner keçirib. O, 74-89-cu dəqiqələrdə dubl edib.
Qeyd edək ki, "Şiroki Briyeq" 2013/14 mövsümündə Bosniya və Hersoqovina çempionatının gümüş medallarına sahib çıxıb. Bu komanda 2004/05 mövsümündə Çempionlar Liqasında "Neftçi"yə rəqib olub. Səfər oyununda 1:2 hesabı ilə yenilən təmsilçimiz evdə qələbə qazanaraq mərhələ keçib - 1:0. "Şiroki Briyeq" həmin vaxtdan ardıcıl 10 mövsümdə avrokuboklara vəsiqə qazanıb.
Onu da qeyd edək ki, bu gün "İnter" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa çıxacaq və Moldovada "Tiraspol"un qonağı olacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun
3 iyul
Qəbələ (Azərbaycan) - Şiroki Briyeq (Bosniya və Hersoqovina) 0:2
Qollar: Vaqner, 74; 89.
Qəbələ: 1. Kamran Ağayev, 4. Elvin Camalov (11. Andrey Kristea, 56), 6. Vladimir Levin, 8. Nizami Hacıyev, 9. Viktor Mendi, 10. Dodo, 15. Ruslan Abışov, 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 36. Elnur Allahverdiyev, 44. Rafael Santos.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 2. Kristian Pulhak, 3. Şirməmməd Məmmədov, 5. Sadiq Quliyev, 34. Ürfan Abbasov, 88. Müşfiq Teymurov.
Baş məşqçi: Dorinel Muntyanu.
Şiroki Beriyeq: 23. Antonio Soldo, 7. Dino Coriç, 8. Mate Pehar, 9. Mirko Mariç, 11. Qoran Zakariç, 14. Davor Landeka, 15. Vaqner, 19. İvan Peko, 21. Slavko Brekalo, 27. Neven Lastro, 33. Stipo Markoviç (6. Yosip Barişiç, 27).
Ehtiyat oyunçular: 12. Luka Bilobrk, 4. Daniel Kozul, 10. Yure İvankoviç, 17. Vlado Zadro, 18. Zvonimir Kozulj, 28. Filip Mihalyeviç.
Baş məşqçi: Slaven Musa.
Sarı vərəqələr: Adrian Ropotan, 69 - Neven Lastro, 62.
Hakimlər: Artyom Kuçin, Yevgeni Belski, Rüstəm Suyunov, Denis İzmaylov (Qazaxıstan).
Hakim-inspektor: Kornelis A.Bakker (Hollandiya).
Qəbələ şəhər stadionu.
Fanat.az