"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında 2023/2024 mövsümünü 2-ci pillədə başa vurmalarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, onun sözlərini BBC belə çatdırıb:
"Çox qürurluyam. İlk növbədə "Mançester Siti"ni çempionluq münasibəti ilə təbrik edirəm. Onlar dekabrdan başlayaraq inanılmaz işlər gördülər. Bütün gücümüzlə çalışdıq. Yəqin ki, çempion olmağı necə istədiyimizi hiss etmisiniz. Təssüf ki, səylərimiz çempionluq üçün kifayət etmədi.
Bu, tarixin ən rəqabətli liqasıdır. İndi biz daha mükəmməlləşməyin yollarını tapmalıyıq. Mən bura gələndə məqsədim hamını birləşdirmək və "Arsenal"ı yeni səviyyəyə çatdırmaq idi. Hazırda buna doğru gedirik. Əlbəttə, üzgünəm, çünki titul qazanmaq istəyirdik. Bu, azarkeşlərimiz üçün də çox vacib idi. Hərçənd biz çempionluğa çox yaxın olduq. Cəsarətli olmalı, yeni səviyyəyə çatmalı, uğur qazanmalıyıq".
Xatırladaq ki, 89 xal tolayan "Arsenal" "Mançester Siti"dən 2 xal geri qalaraq ikinci yeri tutub.
Nihat