Gürcüstan millisi Avropa çempionatının final mərhələsinə yüksəldiyi üçün 3 milyon lari (təxminən 1,09 milyon dollar) mükafat alacaq.
Fanat.Az "Sport24"-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclası zamanı çıxışında deyib.
Gürcüstan millisi mart ayında AÇ-2024-ə vəsiqə uğrunda pley-off finalında Yunanıstanı məğlub edib (0:0, penaltilər üzrə 3:2) və tarixində ilk dəfə olaraq turnirin final mərhələsinə yüksəlib.
Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Gürcüstan millisi Türkiyə, Çexiya və Portuqaliya ilə birlikdə F qrupunda yer alıb.