Vaqif Cavadovla müqavilə bağlayan "Qaziantep BB" daha bir futbolçumuzu transfer edir. Fanat.az xəbər verir ki, Qaziantep klubu Rəhman Hacıyevi heyətinə qatmaq istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, "Qaziantep BB" Hacıyevlə danışıqları davam etdirir və tərəflər arasında razılığın tezliklə əldə olunması gözlənilir. Xəbərdə qeyd olunur ki, baş məşqçi Nurullah Sağlam Hacıyevi rəhbərliyi altında görmək istəyir.
Qeyd edək ki, müqavilə ilə "Bakı"ya məxsus olan Rəhman 2013/14 mövsümünün ikinci yarısını icarə əsasında "Sumqayıt"da keçirib. O, bu komandanın heyətində 18 oyuna çıxıb və 1 qol vurub.
Fanat.az