"Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin oğlu və köməkçisi David Ançelotti özünü baş məşqçi kimi sınaya bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Foot Mercato" məlumat yayıb.
Mənbənin məlumatına görə, ona baş məşqçi axtarışında olan Fransanın "Reyms" klubundan təklif gəlib. Liqa 1 təmsilçisinin 5 nəfərdən ibarət namizəd siyahısında Ançelotti favoritdir.
"Reyms"in namizədləri bunlardır:
Luka Elsner ("Havr")
Joau Sakramentu (PSJ-də Qaltyenin keçmiş köməkçisi)
Joel Manyin ("Yanq Boyz"un keçmiş məşqçisi)
Miron Musliç ("Serkl Brügge")
David Ancelotti ("Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin oğlu və köməkçisi)
"Reyms" son 2023/2024 mövsümünü 47 xalla turnir cədvəlinin 9-cu pilləsində başa vurub.
Mirağa