"Luton Taun"un yarımmüdafiəçisi Ross Barklini satıb.
Fanat.Az xəbər verir ki, məlumatı "The Guardian" yayıb.
Xəbərə görə, 30 yaşlı oyunçu karyerasını "Aston Villa"da davam etdirəcək. Mənbə Birmingem təmsilçisinin yaxın vaxtlarda transferi rəsmən elan edəcəyini vurğulayıb.
Cari mövsüm 37 oyuna çıxan Barkli 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 8 milyon avro ilə dəyərləndirir.
Nihat