Massimiliano Alleqrini istefaya göndərən "Yuventus"un yeni baş məşqçisinin kim ola biləcəyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Independent" yayıb.
Xəbərə görə, bu, 2022-ci ildən çalışdırdığı "Brayton"dan ayrılan Roberto De Dzerbidir. Mənbə Turin klubunun rəhbərliyinin 44 yaşlı mütəxəssisin bacarığına güvəndiyini vurğulayıb.
Xatırladaq ki, De Dzerbi mayın 18-də İngiltərə klubu ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Nihat