Rumıniyanın "Dinamo" klubunun qapıçısı Kristian Balqraden karyerasını Azərbaycanda davam etdirə bilər. Fanat.az xəbər verir ki, 26 yaşlı qolkiperin "Qəbələ"yə keçmək ehtimalı var.
Bu barədə Rumıniya mətbuatı məlumat yayıb. Həmkarlarımızın iddiasına görə, Balqradenin xidmətində maraqlı olan klublardan biri də "Qəbələ"di. Komandanın yeni baş məşqçisi Dorinel Muntyanu həmyerlisini ölkəmizə gətirmək istəyir.
Qeyd edək ki, Balqraden 2010-cu ildən çıxış etdiyi "Dinmo"nun heyətində 111 oyun keçirib. O, əvvəllər Rumıniyanın "Minerul", "Braşov", "Liberti", "UTA Arad" və "Unirea" klublarında çızış edir. 2011-ci ildən yığmaya çağırılan qolkiper yeganə oyununu ötən il Estoniyaya qarşı keçirib.
Fanat.az