Yarımmüdafiəçi Toni Kroos "Real Madrid" ilə müqaviləsini yeniləməyəcək.
Fanat.Az xəbər verir ki, əfsanəvi alman futbolçu bu barədə qərarını "Einfach mal Luppen" podkastında paylaşıb.
Toni Kroos fanatlarını həyəcanlandıraraq bildirib ki, bu yay karyerasını bitirəcək.
34 yaşlı almaniyalının son turniri 2024-cü il Avropa çempionatı olacaq.